Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
# 06 oktyabr 2015 09:47 (UTC +04:00)

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 6-da saat 02.00 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini Elcan Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobili yol ayırıcısına vurub. Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini xəstəxanaya yerləşdirilib.

Nərimanov rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR