“PAŞA Həyat Sığorta” I rübdə bazarda liderliyini qoruyub

“PAŞA Həyat Sığorta” I rübdə bazarda liderliyini qoruyub
# 22 aprel 2015 12:03 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin I rübündə “PAŞA Həyat” sığorta şirkətinin ümumi aktivlərinin həcmi 14,1 mln. manat və ya 15,4% artaraq 106 mln. manata, investisiya portfeli isə 5,5 mln. manat və ya 6,8% artaraq 86 mln. manata çatıb.

APA-Economics”in məlumatına görə bu barədə şirkətin strateji inkişaf üzrə direktoru İsrail Qarayev bildirib.

İ. Qarayevin sözlərinə görə, rüb ərzində “PAŞA Həyat”ın sığorta haqları ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,9 mln. manat və ya 54,4% artaraq 14 mln. manat, sığorta ödənişlərinin həcmi isə 1,1 mln. manat və ya 3,5 dəfə artaraq 1,5 mln. manat təşkil edib.

Sığorta şirkətinin əsas maliyyə sabitliyi göstəricisi olan sığorta ehtiyatlarının həcmi rüb ərzində 10,7 mln. manat və ya 23,4% artaraq 56,3 mln. manata çatıb.

I rübün nəticələrinə əsasən, “PAŞA Həyat” sığorta daxilolmaları üzrə 44%-lik bazar payına malik olmaqla, ölkənin həyat sığortası bazarının mütləq lideridir.

“PAŞA Həyat Sığorta” ASC 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Kapitallaşma səviyyəsinə və biznes göstəricilərinə görə şirkət həyat sığortası bazarının ən iri şirkətidir. Cari ilin aprel ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR