Azərbaycanda tikinti materiallarının istehsalı 23% artıb

Azərbaycanda tikinti materiallarının istehsalı 23% artıb
# 18 avqust 2014 09:43 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycanın tikinti materialları sənayesi müəssisələri tərəfindən istehsal edilmiş məhsulların həcmi 22,6% artaraq 249,2 mln. manat təşkil edib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin yeddi ayı ərzində ölkədə 1 659 min ton sement istehsal olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 42,1% çoxdur.

Bu müddət ərzində betondan yığma tikinti konstruksiyaların istehsalı 11,6% artaraq 18,3 min ton olub. Bu il ərzində hörmə üçün hazır beton qarışığının istehsalı da 26,6% artaraq 1 018 min təşkil edib.

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda asfalt, tikinti gipsi, tikinti kərpici və emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı azalıb. Belə ki, bu ilin 7 ayı ərzində asfalt istehsalı 20% azalaraq 172,9 min ton, tikinti gipsinin istehsalı 46,1% azalaraq 63,8 min ton, tikinti kərpicinin istehsalı 32,4% azalaraq 153,2 min ton və emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 67,8% azalaraq 2 267,9 min təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR