Tədris kurslarını bitirən gömrük əməkdaşları üçün imtahan keçirilib

Tədris kurslarını bitirən gömrük əməkdaşları üçün imtahan keçirilib
# 05 iyun 2015 18:13 (UTC +04:00)

DGK Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, müvafiq kurslar “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”yə və “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Nizamnaməsi”nə uyğun olaraq keçirilir.

İyunun 5-də Dövlət Gömrük Komitəsinin inzibati binasında Dövlət Gömrük Komitəsi Akademiyasının 4 aylıq tədris kurslarını bitirən gömrük əməkdaşları üçün imtahanlar keçirilib.

Qeyd edək ki, imtahanların obyektiv və şəffaf aparılması üçün hər cür şərait yaradılıb. Məlumat bazasında toplanan suallar gömrük xidmətinin bütün sahələrini özündə əks etdirməklə 1 düzgün və 3 yayındırıcı cavablarla əhatələnib. Bunlar isə gömrük əməkdaşının bilik və ixtisas səviyyəsinin obyektiv yoxlanmasında öz rolunu göstərir. Gömrük əməkdaşları müəyyən vaxt çərçivəsində sualları cavablandırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR