Bank Of Baku

Xankəndi, Xocalı və Ağdərə şəhərləri günləri qeyd edilib - FOTO

Xankəndi, Xocalı və Ağdərə şəhərləri günləri qeyd edilib   - FOTO
# 20 sentyabr 2026 18:30 (UTC +04:00)

Xankəndidə bu gün Xankəndi, Xocalı və Ağdərə şəhərləri günləri qeyd edilib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, əvvəlcə tədbir iştirakçılarına Xankəndi, Xocalı və Ağdərəyə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Daha sonra Azərbaycanın tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı təqdim olunub.

Konsertdə xalq artistləri və tanınmış müğənnilər müxtəlif musiqi nümunələri ifa ediblər. Səsləndirilən mahnılar iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

Tədbirdə TÜRKSOY-un Baş katibi Sultan Raev, Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Mədəniyyət Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərrux Cumayev və digər şəxslər iştirak ediblər.

Konsert proqramının sonunda atəşfəşanlıq olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR