Valyutadəyişmə məntəqəsi sahibini qətlə yetirməkdə təqsirləndirilən şəxslərə hökm oxunub

Valyutadəyişmə məntəqəsi sahibini qətlə yetirməkdə təqsirləndirilən şəxslərə hökm oxunub
# 13 avqust 2012 12:56 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda valyutadəyişmə məntəqəsi sahibini qətlə yetirməkdə təqsirləndirilən Anar Əbilov və Vaqif Səlimbəylinin məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, A. Əbilov 13 il, V. Səlimbəyli isə 10 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, təqsirləndirilən şəxslər İlyas Vahabovu bıçaqlayaraq qətlə yetiriblər. Aparılan araşdırma nəticəsində müəyyən edilib ki, Vaqif Səlimbəyli İlyas Vahabovun işlədiyi valyutadəyişmə məntəqəsindən evinə gedərkən üstündə pul apardığını bilib, həmin pulu ələ keçirib aralarında bölüşdürmək barədə dostu Anar Əbilovla razılığa gələrək qabaqcadan əlbir olub və İlyas Vahabovun yaşadığı ünvana gələrək pusquda dayanaraq onu gözləyiblər. Sonuncu dalana daxil olarkən Vaqif Səlimbəyli özü ilə gətirdiyi və silah qismində istifadə etdiyi bıçaqla İlyas Vahabova iki zərbə yetirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR