Abşeron rayonunun Xırdalan şəhərində itkin düşən 12 yaşlı İmanova Mələk Zakir qızı tapılıb.
APA xəbər verir ki, bu barədə azyaşlının yaxınları məlumat verib.
Xatırladaq ki, Mələk İmanova noyabrın 2-də saat 19:30 radələrində Xırdalan şəhərində yerləşən Kristal-1 yaşayış kompleksindən itkin düşmüşdü.
***
23:15
Xırdalanda 12 yaşlı qız uşağı itkin düşüb.
DİN-in Mətbut Xidmətinin əməkdaşı Elbrus İbrahimov APA-nın sorğusuna cavab olaraq bildirib ki, şəxs axtarışa elan olunub.
İtkin düşmə kimi axtarışa elan edilmiş şəxsin yerinin müəyyən olunaraq tapılması istiqamətində polis tərəfindən tədbirlər görülür.