Sergey Lavrov: “Yaxın Şərqdə və Şimali Afrikada baş verənlər ABŞ-ın son 10-12 ildə atdıqları addımların nəticəsidir"

Sergey Lavrov: “Yaxın Şərqdə və Şimali Afrikada baş verənlər ABŞ-ın son 10-12 ildə atdıqları addımların nəticəsidir"
# 01 oktyabr 2014 13:52 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “”İslam Dövləti” terror qruplaşması ətrafındakı vəziyyət nəzarətdən çıxa bilər”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada keçirdiyi brifinqdə deyib.

Lavrov bildirib ki, Suriya və İraqda böyük əraziləri ələ keçirən “İŞİD”lə bağlı məsələ beynəlxalq hüquq normaları çərçivəsindən kənarda inkişaf edərsə, vəziyyət nəzarətdən çıxa bilər: “Prinsipcə, Yaxın Şərqdə və Şimali Afrikada baş verənlər ABŞ rəhbərliyinin son 10-12 ildə regionda atdığı addımların elə ABŞ-ın özü tərəfindən düzgün qiymətləndirilməməsinin nəticəsidir. İndi elə etmək lazımdır ki, bu dərslərdən nəticə çıxarılsın. Vəziyyət əlbəttə ki, nəzarətdən çıxa bilər, əgər proseslər beynəlxalq hüquq normalarından kənarda inkişaf etsə... Bu, hər zaman risklə əlaqəlidir. Biz birtərəfli güc tətbiq edən tərəfin bu hədəni dərk etməsinə nail olacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR