Prokuror hərbi hissə komandirinə cəza istəyib
25 iyun 2008 15:37 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim Mirzəli Abbasovun sədrliyi ilə Müdafiə Nazirliyinin Səngəçalda yerləşən “N” saylı hərbi hissəsinin sabiq komandiri, polkovnik leytenant İlqar Əmirxanovun və həmin hərbi hissənin zabiti Nazim Hüseynovun məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, prosesdə çıxış edən dövlət ittihamçısı Mehdixan Abdullayev İ. Əmirxanovun 9 il, N. Hüseynovun 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilmələrini istəyib. İyunun 27-də təqsirləndirilən şəxslərə hökm oxunacaq.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham olunurlar.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham olunurlar.
Sosial
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti seminar-müşavirə keçirib
19:11
6 may 2024
DTX əməkdaşları “Heydər zirvəsi”nə yürüş ediblər
18:06
6 may 2024
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
16:38
6 may 2024
Magistraturaya qəbul olmaq istəyənlərə şad xəbər: UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb
16:27
6 may 2024