Ombudsman İsveçin İnteqrasiya və Gender Bərabərliyi Nazirliyinin məsul əməkdaşını qəbul edib
25 iyun 2008 15:39 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova İsveçin İnteqrasiya və Gender Bərabərliyi Nazirliyi Gənclər siyasəti və QHT-lərlə iş şöbəsinin direktor müavini Anna Karin Lindblomu qəbul edib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ombudsman qadın hüquqları sahəsində mövcud problemlər barədə qonağa məlumat verib, qadınların idarəetmədə və seçki orqanlarında daha fəal iştirakı, onların mükəmməl təhsili, erkən nikahların yolverilməzliyi, qadınların kreditlər əldə etmək imkanı, sahibkar qadınların əmək hüquqları və onların fəaliyyəti üçün bərabər imkanların yaradılması ilə bağlı problemləri diqqətə çatdırıb. Görüşdə qadınların sağlamlıq hüquqlarının müdafiəsinin zəruriliyi qeyd olunub, reproduktiv sağlamlıq, ana və uşaq ölümü, HİV/AİDS və digər problemlərə toxunulub.
Sosial
Emin Əmrullayev: Elmlə ali təhsil bir yerdə olmayanda inkişaf olmur
12:33
7 may 2024
Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsiylə əlaqədar pul kompensasiyası ödəniləcək
12:15
7 may 2024
Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
12:14
7 may 2024
Ödənişli təhsil aldıqları müddətdə təhsil haqqı dövlət hesabına ödəniləcək şəxslərin əhatə dairəsi genişləndirilir
12:14
7 may 2024