Ombudsman təsisatında yeni hüquqi nəşrlərin təqdimat mərasimi keçirilib
25 iyun 2008 15:51 (UTC +04:00)
Bakı-APA. Ombudsman Aparatında İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın təşəbbüsü və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının dəstəyi ilə ingilis dilindən Azərbaycan dilinə tərcümə olunan “Hüquq müdafiəçiləri: insan hüquqlarını müdafiə etmək hüququnu qoruyarkən”, “İnsan Hüquqları üçün yeni mərhələ” kitablarının təqdimatı keçirilib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının eksperti Kyaran O”™Maoleyn və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqaz üzrə regional nümayəndəsi Vladlen Stefanovun, dövlət qurumlarının, qeyri-hökümət təşkilatlarının və mətbuat nümayəndələrinin də iştirak etdiyi tədbirdə giriş sözü Ombudsman Elmira Süleymanova çıxış edib. Ombudsman çap materiallarının əhəmiyyətini vurğulayıb, kitabların nəşrində göstərdiyi yardıma görə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına təşəkkürünü bildirib.
Sosial
"28 May" stansiyasında ölən sərnişin 68 yaşlı kişi olub - TƏBİB
16:32
2 iyun 2024
Sabahdan DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq
14:55
2 iyun 2024
İmtahanda istifadə edilmiş test tapşırıqlarının cavabları imtahandan dərhal sonra Mərkəzin saytına yerləşdirilib
14:52
2 iyun 2024
İmtahanda 43 nəfər sağlamlıq imkanları məhdud abituriyent də iştirak edib - DİM
14:51
2 iyun 2024