Ann Dersi: “Azərbaycan “quş qripi” ilə mübarizədə böyük uğurlara nail olub”
01 iyul 2008 08:28 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva APA. “Azərbaycan “quş qripi” ilə mübarizədə böyük uğurlara nail olub”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi deyib. O, Azərbaycana ilk dəfə 2006-cı ildə “quş qripi” problemi ilə məşğul olan alim və həkimlərlə birlikdə gəldiyini xatırladıb. Diplomat ABŞ-ın bu sahədə Azərbaycana həmişə dəstək verdiyini söyləyib: “Amerika bu problem üzərində beynəlxalq miqyasda çalışır. Çünki “quş qripi” virusu sərhəd tanımadan yayılır və biz hamımız virusla mübarizədə birgə çalışmalıyıq. Ən başlıca vəzifə virusun heyvanlardan insanlara keçməsini əngəlləməkdir”. Səfirin sözlərinə görə, hər ölkə bu sahədə milli fəaliyyət planı hazırlamalı və treninqlər təşkil etməlidir.
Sosial
TƏBİB Gəncə Şəhər Birləşmiş Xəstəxanasında külli miqdarda korrupsiya faktının aşkarlanmasına münasibət bildirib
17:14
4 may 2024
DYP "Bakı Marafonu-2024" ilə əlaqədar sürücülərə müraciət edib
15:07
4 may 2024
ABŞ-ın Stirlinq Fondu Azərbaycanda mina təhlükəsi ilə bağlı maliyyə yardımı ayıracaq
13:47
4 may 2024
FHN silsilə maarifləndirmə tədbirləri keçirib
13:42
4 may 2024