Bank Of Baku

Göygöl rayonunda Azərbaycan polisinin 90 illiyi qeyd olunub

Göygöl rayonunda Azərbaycan polisinin 90 illiyi qeyd olunub
# 02 iyul 2008 09:49 (UTC +04:00)
Göygöl. Nəzakət Məşədiəliqızı APA. Göygöldə Azərbaycan polisinin yaranmasının 90 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. APA-nın qərb bürosunun məlumatına görə, polis əməkdaşları Heydər Əliyevin abidəsini, daha sonra 1990-1991-ci ildə şəhid olan 6 polis əməkdaşının məzarını ziyarət ediblər. Keçirilən bayram tədbirində vəzifəsinin öhdəsindən layiqincə gələn daxili işlər orqanlarının əməkdaşları mükafatlandırılıb. Göygöl rayon Polis Şöbəsinin rəisi Məhərrəm Quliyev ötən illə müqayisədə, bu ilin 6 ayı ərzində cinayətlərin sayının azaldığını, açılan cinayətlərin 98 faizə çatdığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR