Bank Of Baku

Polis Akademiyasında Azərbaycan polisinin 90 illiyi münasibətilə təntənəli tədbir keçirilib

Polis Akademiyasında Azərbaycan polisinin 90 illiyi münasibətilə təntənəli tədbir keçirilib
# 02 iyul 2008 10:51 (UTC +04:00)
APA-nın xəbərinə görə, Prezident Aparatının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov dövlət başçısı İlham Əliyevin polis günü ilə bağlı təbrikini oxuyub. Təbrikdə qeyd olunub ki, Azərbaycan polisi daim cinayətkarlıqla mübarizə aparıb, insan azadlığının qorunmasında müstəsna rolu olub. Dövlət həmişə polis işçilərinə qayğı göstərib və bundan sonrada göstərəcək. Tədbirdə çıxış edən daxili işlər naziri Ramil Usubov bildirib ki, 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan milli hökumətinin tərkibində ölkənin ilk Daxili İşlər Nazirliyi fəaliyyətə başlayıb. Onun sözlərinə görə, 1918-20ci illəri əhatə edən fəaliyyət dövründə nazirlik və onun tərkib hissəsi olan polisin Azərbaycan dövlətinin formalaşmasında, milli maraqların qorunmasında müstəsna xidməti olub. 1991-ci ildə ikinci dəfə müstəqillik əldə ediləndən sonra Azərbaycanda polis strukturu yenidən formalaşdırılıb: “Azərbaycan polisi Dağlıq Qarabağ müharibəsində aktiv iştirak edib. Qarabağ uğrunda gedən döyüşlər zamanı daxili işlər orqanlarının və daxili qoşunların şəxsi heyətinin 932 nəfəri şəhid, 681 nəfəri isə əlil olub. Döyüşlərdə göstərdiyi şücaətə görə daxili işlər orqanlarının 66 əməkdaşı milli qəhrəman, 247 nəfər isə “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib. Transmilli və beynəlxalq cinayətkarlığa qarşı mübarizə aparan Azərbaycan polisi İnterpolun üzvlüyünə qəbul edilib”.
Sonra R. Usubov Polis Akademiyasının 203 məzununa diplomlarını təqdim edib. Akademiyanı əla qiymətlərlə bitirən 5 məzuna baş leytenant, 198 məzuna isə leytenant rütbəsi verilib. Tədbirin sonunda daxili işlər orqanlarının hərbi keçidi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR