Bank Of Baku

Rauf Zeyni Milli QHT Forumunun prezidenti seçilib

Rauf Zeyni Milli QHT Forumunun prezidenti seçilib
# 02 iyul 2008 11:06 (UTC +04:00)
Qurumun keçmiş prezidenti Azay Quliyev isə forumun keçdiyi yol barədə danışıb. O bildirib ki, forum fəaliyyət göstərdiyi müddətdə QHT-lə dövlət orqanları arasında əlaqələrin qurulmasına nail olub. Onun sözlərinə görə, qurum vətəndaş cəmiyyətinin inkişafında zəruri olan qanunların qəbul olunmasında ciddi fəaliyyət göstərib: “Bundan sonra forum fəaliyyətini Azərbaycandan kənarda da inkişaf etdirməli, regional məsələlərlə bağlı layihələrdə iştirak etməlidir”. Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin sektor müdiri Ərəstun Mehdiyev forumun vətəndaş cəmiyyətinin inkişafındakı rolundan danışıb. Azərbaycan dövlətinin QHT-lərin inkişafında maraqlı olduğunu söyləyən Ə. Mehdiyev deyib ki, dövlət QHT-i özünə tərəfdaş hesab edir. Sonra forumun prezidentliyinə, İdarə Heyətinə və Nəzarət Təftiş Komissiyalarına (NTK) irəli sürülən namizədlərin siyahısı təsdiq olunub. Keçirilən gizli səsvermə nəticəsində Rauf Zeyni qurumun prezidenti seçilib. Bundan sonra 7 nəfərdən ibarət NTK və 21 nəfərin təmsil olunduğu İdarə Heyəti də formalaşıb. Yekun olaraq isə qurultayda qətnamə və prezident İlham Əliyevə müraciət qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR