Bank Of Baku

Dini konfessiyaların rəhbərləri Dmitri Medvedyevə Azərbaycandakı tolerantlığın səviyyəsi barədə məlumat verəcəklər

Dini konfessiyaların rəhbərləri Dmitri Medvedyevə Azərbaycandakı tolerantlığın səviyyəsi barədə məlumat verəcəklər
# 02 iyul 2008 12:20 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Bakıda Rusiya prezidenti Dmitri Medvedyevlə görüş zamanı Azərbaycanda tolerantlığın səviyyəsi barədə məlumat verəcəklər. APA-nın məlumatına görə, bu barədə Xəzəryanı və Bakı yepiskopu Aleksandr Ata deyib. “Azərbaycanda konfessiyalararası münasibətlər bütün dünyada böyük maraq doğurur. Bu münasibətlər barədə Almaniyada keçirilmiş konfransda da danışmışam. Rusiyanın yeni seçilmiş prezidentinin Azərbaycana səfəri bir məqamla da əlamətdardır. Dmitri Medvedyev ilk səfərlərindən birini Azərbaycana edir. Bu onu göstərir ki, Rusiya Azərbaycana böyük maraq göstərir, səfər bu əlaqələrin bütün sahələr və səviyyələrdə inkişafına xidmət edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR