Bank Of Baku

Azay Quliyev: Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına layihələrin icrası üçün büdcədən ayrılan maliyyə vəsaiti bu il artırılmayacaq

Azay Quliyev: Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına layihələrin icrası üçün büdcədən ayrılan maliyyə vəsaiti bu il artırılmayacaq
# 02 iyul 2008 12:36 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına layihələrin icrası üçün büdcədən ayrılan maliyyə vəsaiti bu il artırılmayacaq. APA-nın məlumatına görə, şuranın sədri Azay Quliyev jurnalistlərə bildirib ki, bu il şuraya büdcədən 1,5 milyon manat məbləğində vəsait daxil olub. Bunun 300 min manatı maddi texniki imkanlara, qalan 1,2 milyon manatı isə təqdim olunan layihələr üçün nəzərdə tutulub. O, ayrılan vəsaitin artırılması məqsədilə Maliyyə Nazirliyinə müraciət etdiklərini də söyləyib: “Gələcəkdə ayrılan məbləğin bir neçə dəfə artırılması ilə bağlı təkliflə çıxış etmişik. QHT sektorunun potensialı böyük olduğundan tələb olunan vəsaitin də artırılması zəruriləşir. Ədliyyə Nazirliyindən verilən məlumata görə, 2006-cı ildə QHT-lərin həyata keçirdiyi layihələrin məbləği 10 milyon ABŞ dollarından çoxdur. Bu rəqəm müvafiq uçotun aparıldığı layihələrə şamil edilir. 2008-ci ilin 5 ayı üçün isə artıq 5,3 milyon ABŞ dolları qəbul edilib və icraya yönəldilib”. A. Quliyev xaricdə fəaliyyət göstərən və Azərbaycanın dövlət maraqlarına xidmət edən layihələrə də maliyyə yardımının ayrılmasının mümkünlüyündən danışıb: “Biz ilk növbədə vəsaiti səmərəli istifadə edərək, milli və dövlət maraqlarına uyğun məsələlərə yönəltməyə çalışacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR