Bank Of Baku

AMEA-nın tərkibində yeni elmi-tədqiqat institutları yaradıla bilər

AMEA-nın tərkibində yeni elmi-tədqiqat institutları yaradıla bilər
# 02 iyul 2008 12:38 (UTC +04:00)
Bakı. Ramil Məmmədli APA. Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində yeni elmi-tədqiqat institutları yaradıla bilər. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AMEA-nın prezidenti Mahmud Kərimov deyib. O bildirib ki, prezidentin fərmanına əsasən akademiyada aparılacaq islahatlarla bağlı inkişaf konsepsiyası hazırlanır: “Akademiyada müəyyən struktur dəyişiklikləri - elmin idarə olunması, elmin əsas istiqamətləri və maliyyələşməsi məsələləri bu proqramda öz əksini tapacaq. Ola bilsin ki, bəzi elmi-tədqiqat institutlar birləşdirilsin. Bu məsələdə hər müəssisənin elmi fəaliyyəti, məhsuldarlığı, iqtisadiyyata və elmə verdiyi töhfələr nəzərə alınacaq”. M. Kərimov AMEA-nın elmi-tədqiqat institutlarında direktor seçkilərinin başladığını da söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR