Bank Of Baku

AMEA prezidenti “Məvacibin azlığı gənclərdə elmə marağın azalmasına səbəb olur”

AMEA prezidenti “Məvacibin azlığı gənclərdə elmə marağın azalmasına səbəb olur”
# 02 iyul 2008 12:43 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Məvacibin azlığı gənclərdə elmə marağın azalmasına səbəb olur”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov deyib. Bu gün elmin gənclər üçün cəlbedici sahə olmadığını qeyd edən M. Kərimov problemi aradan qaldırmaq üçün məvacib məsələsinə baxılmasını zəruri sayır: “Elmi işçilərin maaşlarının qaldırılması prioritet məsələlərdən biri hesab olunur. Yəqin ki, onların məvacibləri qaldırılacaq. Həmçinin elmin maliyyələşdirilməsi, onun maddi-texniki bazasının yeniləşdirilməsi də nəzərdə tutulub. Hazırda bu istiqamətdə iş gedir, təkliflər paketi hazır olduqdan sonra hökumətə təqdim ediləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR