Bank Of Baku

Rauf Zeyni: “Milli QHT Forumunun fəaliyyətində islahatlar olacaq”

Rauf Zeyni: “Milli QHT Forumunun fəaliyyətində islahatlar olacaq”
# 02 iyul 2008 14:25 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. “Azərbaycan Milli QHT Forumunun indiyə qədər olan fəaliyyətində qəbul etmədiyim məqamlar var idi. Bundan sonra təşkilatın fəaliyyətində islahatlar olacaq. Milli QHT Forumunun yeni konsepsiya və proqramını qəbul edəcəyik”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Milli QHT Forumuna bu gün prezident seçilən Rauf Zeyni bildirib. Milli QHT Forumunun yeni prezidenti dəyişikliklərin əsasən türk dünyası ilə əlaqələrin genişləndirilməsi, Azərbaycan cəmiyyətinin beynəlxalq təşkilatlar yanında daha çox tanıdılması və digər istiqamətlərdə olacağını deyib. R. Zeyni qurumun indiyə qədər olan kursunun bundan sonra da davam etdiriləcəyini bildirib: “Dövlətlə QHT sektoru arasında əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində işlər görəcəyik. QHT-lərin dövlət tərəfindən maliyyələşməsi ideyasını dəstəkləyirik. Ancaq beynəlxalq təşkilatlarla da geniş əlaqələr qurulmalıdır. Beynəlxalq təşkilatlarla əməkdaşlıq təkcə qrant almaq üçün edilməməlidir. Azərbaycanın tanınması istiqamətində işlər görmək lazımdır”. Milli QHT Forumunun prezidenti rəhbəri seçildiyi təşkilatın 479 üzvünün olduğunu deyib: “Kəmiyyət dalınca qaçıb quruma QHT-lərin axınını təşkil etmək yox, mövcud təşkilatlarla işləmək fikrindəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR