Bank Of Baku

Lənkəranda tikilən yeni istirahət kompleksi gələn ay istifadəyə veriləcək

Lənkəranda tikilən yeni istirahət kompleksi gələn ay istifadəyə veriləcək
# 03 iyul 2008 08:41 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Lənkəranın Göyşaban kəndi ərazisində inşasına ötən ilin sonlarında başlanan yeni istirahət kompleksi avqustda istifadəyə veriləcək. Bu barədə APA-nın Cənub bürosuna Lənkəran şəhər İcra Hakimiyyəti (ŞİH) aparatının memarlıq və tikinti şöbəsindən məlumat verilib. İkimərtəbəli 19 otaqlı kompleksdə turistlərin istirahəti üçün lazımi şərait yaradılacaq. Burada həmçinin əlavə olaraq 80 yerlik restoran və 18 kottecin tikilməsi nəzərdə tutulur. Gün ərzində 150 nəfərə xidmət göstərmək imkanına malik olacaq obyektdə qonaqların rahatlığını təmin etmək məqsədilə təhlükəsizlik xidməti sutka boyu fəaliyyət göstərəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR