Bank Of Baku

Gəncənin doğum evləri və uşaq poliklinikaları kompüterlərlə təchiz olunub

Gəncənin doğum evləri və uşaq poliklinikaları kompüterlərlə təchiz olunub
# 03 iyul 2008 09:17 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı-APA. Gəncədə fəaliyyət göstərən bütün doğum evləri və uşaq poliklinikalarına kompüterlər paylanıb. Gəncə şəhər Səhiyyə İdarəsinin mətbuat xidmətindən APA-nın Qərb bürosuna verilən məlumata görə, ilkin olaraq hər müəssisəyə 2 kompüter dəsti verilib. İyunun 25-dən etibarən Gəncədə yeni doğulan uşaqların sağlamlığına aid olan bütün məlumatlar vahid kompüter sistemində öz əksini tapır. Qeyd edək ki, 2008-ci ilin sonlarından etibarən Səhiyyə Nazirliyinin təşəbbüsü ilə “Elektron Azərbaycan” layihəsi çərçivəsində yeni doğulanlara yaş kağızı ilə yanaşı elektron kartlar da paylanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR