Bank Of Baku

Ombudsmanın nümayəndələri 2 saylı Cəzaçəkmə Müəssisəsində olublar

Ombudsmanın nümayəndələri 2 saylı Cəzaçəkmə Müəssisəsində olublar
# 03 iyul 2008 12:52 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsində görüş-seminar keçiriblər. Ombudsman Aparatından APA-ya bildiriblər ki, tədbirdə “Azərbaycanda ombudsman təsisatının məhkumların hüquqlarının qorunmasında rolu və səlahiyyətləri” mövzusunda mühazirə oxunub, İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının icrası ilə əlaqədar qarşıda duran vəzifələr haqqında geniş məlumat verilib. Tədbirdən sonra Ombudsman Aparatının əməkdaşları məhkumları qəbul edib, müəssisənin görüş otaqlarında aparılan tikinti-bərpa işlərinin vəziyyət ilə tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR