Bank Of Baku

Aynur Sofiyeva: “Erkən nikah, qan qohumluğu kimi problemlərdən narahatıq”

Aynur Sofiyeva: “Erkən nikah, qan qohumluğu kimi problemlərdən narahatıq”
# 04 iyul 2008 09:58 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. “Regionlardakı qadınların öz hüquqlarını bilməsi mühüm məsələlərdən biri kimi bizi çox düşündürür. Qadınların hüquqi cəhətdən maarifləndirilməsi vacibdir”. APA-nın cənub bürosunun məlumatına görə, bu sözləri Lənkəranda olan Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib. O, regionlarda erkən nikah, qan qohumluğu kimi problemlərin mövcudluğundan narahat olduqlarını bildirib: “Bunlar elə ciddi məsələlərdir ki, Azərbaycanın gələcəyinə, xüsusən də genefondumuza təsir edə bilər”. A. Sofiyeva yerlərdə yenicə yaradılmağa başlanılan Ağbirçəklər Şurasının gənc nəslin tərbiyəsində böyük işlər görə biləcəyinə əmin olduğunu söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR