Bank Of Baku

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 6 il ötür

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 6 il ötür
# 04 iyul 2008 09:59 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 6 il ötür. Komitənin mətbuat xidmətindən APA-ya bildirilib ki, qurumun fəaliyyət göstərdiyi müddətdə xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, soydaşlarımız arasında milli-mənəvi dəyərlərin qorunub saxlanılması, həmvətənlərimizin hüquq və azadlıqlarının qorunması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib. Qeyd olunub ki, bu gün dünyanın əksər ölkəsində 300-dən çox Azərbaycan icması fəaliyyət göstərir və diasporumuzun təşkilatlanma prosesi bu gün də davam edir. Hazırda Dövlət Komitəsi Dünya Azərbaycanlılarının xartiyası və Azərbaycan diasporunun fəaliyyət konsepsiyasının hazırlanması istiqamətində iş aparır. Qeyd edək ki, qurum Heydər Əliyevin “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” 2002-ci il 5 iyul tarixli fərmanı ilə Xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədi ilə yaradılıb. Xaricdə yaşayan azərbaycanlılarla iş sahəsində dövlət siyasətinin əsasları 2002-ci ilin dekabrın 27-də qəbul edilən “Xaricdə Yaşayan Azərbaycanlılarla bağlı Dövlət Siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR