Bank Of Baku

“GEN” MMC-nin rəhbəri tərəfindən pullarının mənimsənildiyini iddia edən vətəndaşlar mətbuat konfransı keçiriblər

“GEN” MMC-nin rəhbəri tərəfindən pullarının mənimsənildiyini iddia edən vətəndaşlar mətbuat konfransı keçiriblər
# 04 iyul 2008 13:04 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bu gün “GEN” MMC tikinti şirkətinin rəhbəri Elbrus Əliyev tərəfindən aldadıldıqlarını iddia edən bir qrup vətəndaş mətbuat konfransı keçirib. APA-nın xəbərinə görə, tədbirdə vətəndaşların hüquqi nümayəndəsi,
“Demokratiyanın Müdafiəsinə Kömək” İctimai Birliyinin prezidenti Vidadi İsgəndərov çıxış edərək, E. Əliyevin bina tikmək adı ilə 500-dən artıq vətəndaşın pulunu mənimsədiyini deyib. Onun sözlərinə görə, E. Əliyev də məhz vətəndaşların şikayət əsasında Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən həbs edilib. Şirkətin baş mühasibi Əliyar Abbasov isə E. Əliyevin ifadəsi əsasında saxlanılıb: “Bu işdə günahkar olanlar təkcə bu iki nəfər deyil. Bu şirkətin digər əməkdaşları da həbs edilməlidir. Çünki vətəndaşların pullarının mənimsəməsində şirkətin digər əməkdaşlarının da rolu olub”. V. İsgəndərov deyib ki, onlar məsələyə Milli Məclisin və Prezident Aparatının münasibət bildirməsini istəyirlər.
Zərərçəkmişlər isə bildiriblər ki, ev almaq üçün 500-dən çox vətəndaş aldadılıb, 52 vətəndaşın isə kompensasiya ödənilməsi vədi ilə evləri sökülüb. Vətəndaşlar ev almaq üçün şirkətlə müqavilə bağlayıblar və külli miqdarda pul ödəyiblər.
İşlə bağlı zərərçəkənləri Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev və idarənin istintaq şöbəsinin rəisi Yaşar Haqverdiyevin qəbul edib. Rəsmilər zərərçəkmişlərə hazırda həbs olunanlar barəsində istintaq hərəkətləri aparıldığını, istintaqın sonunda hər şeyin aydınlaşacağını söyləyiblər. Zərərçəkmişlər işin Bakı Şəhər Baş Polis İdarəsindən alınıb Baş Prokurorluğun Korrupsiya Qarşı Mübarizə İdarəsinə verilməsini istəyirlər.
Qeyd edək ki, “GEN” MMC-nin rəhbəri E. Əliyev və şirkətin baş mühasibi Əliyar Abbasov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunurlar. Onların barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR