Bank Of Baku

Naxçıvanda 18 xəstə üzərində açıq ürək əməliyyatı aparılıb

Naxçıvanda 18 xəstə üzərində açıq ürək əməliyyatı aparılıb
# 04 iyul 2008 13:37 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu APA. Bakıdakı Mərkəzi Neftçilər Xəstəxanasının tibbi personalı Naxçıvanda pulsuz cərrahiyyə əməliyyatları aparıb. Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin əməkdaşı İsa Abdullayevin APA-ya verdiyi məlumata görə, Rəşad Mahmudovun rəhbərlik etdiyi 10 nəfərdən ibarət həkim heyəti tərəfindən Naxçıvanda əvvəlcədən qeydiyyata alınan 18 xəstə üzərində açıq ürək əməliyyatı aparılıb, 58 xəstə üzərində isə angeoqrafiya müayinəsi həyata keçirilib. Cərrahiyyə əməliyyatları və müayinələr Dövlət Neft Şirkətinin maliyyə dəstəyi ilə aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR