Bank Of Baku

Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı iki şikayətə baxacaq

Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı iki şikayətə baxacaq
# 07 iyul 2008 09:51 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva APA. İyulun 10-da Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı iki şikayətə baxacaq. APA-nın məlumatına görə, 12528/05 saylı iş Əhrar Partiyanın lideri Vaqif Mustafa oğlu Hacıbəylinin iddiası əsasında açılıb. V. Hacıbəyli 2000-ci ilin aprelində Bakının Füzuli meydanında keçirilən icazəsiz mitinq zamanı həbs olunub. O, Avropa İnsan Haqları Konvensiyasının 6-cı maddəsinin 1-ci paraqrafı (ədalətli mühakimə olunmaq hüququ) və 2-ci maddəsinin 4-cü paraqrafı (sərbəst hərəkət etmək hüququ) əsasında iddia qaldırıb. İkinci iddianın müəllifi isə 1938-ci il təvəllüdlü Leyli Mustafa qızı Rəhmanovadır. O, öz gəlini ilə mübahisəsinə dair Azərbaycan məhkəmələrinin qərarından narazı qalıb və konvensiyanın 6-cı maddəsinin 1-ci paraqrafı, 13-cü maddəsi (mənəvi zərərin ödənməsi hüququ) və 1 saylı protokolun 1-ci maddəsi (mülkiyyətin müdafiəsi) əsasında iddia qaldırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR