Bank Of Baku

İyulun 8-də ali məktəblərə I ixtisas qrupu üzrə qəbul imtahanları keçiriləcək

İyulun 8-də ali məktəblərə I ixtisas qrupu üzrə qəbul imtahanları keçiriləcək
# 07 iyul 2008 10:37 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. İyulun 8-də Azərbaycan ali məktəblərinə I ixtisas qrupu üzrə qəbul imtahanları keçiriləcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu ixtisas qrupu üzrə Bakıda 30 min 883, Sumqayıtda 4 min 812, Naxçıvanda isə 1251 abituriyent imtahan verəcək. Bunun üçün Bakıda 50, Sumqayıtda 7, Naxçıvanda isə 2 bina ayrılıb. Komissiyadan bildirilib ki, bu il 116 ixtisas üzrə I qrupa 36 min 946 abituriyent ərizə verib. Bunların 33 min 558 nəfəri Azərbaycan bölməsinin, 3388 nəfəri rus bölməsinin məzunlarıdır. İmtahanların nəticələri iyulun 11-12-də açıqlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR