Bank Of Baku

Azərbaycanın xüsusi təyinatlı ali məktəblərinə sənəd vermiş abituriyentlərin müsabiqə nəticələri məlum olub

Azərbaycanın xüsusi təyinatlı ali məktəblərinə sənəd vermiş abituriyentlərin müsabiqə nəticələri məlum olub
# 07 iyul 2008 15:07 (UTC +04:00)
Bakı APA. 2008-2009-cu tədris ili üçün Polis Akademiyası və Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına sənəd vermiş abituriyentlər arasında III ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrinə əsasən müsabiqə keçirilib. APA-nın məlumatına görə, Polis Akademiyasına keçid balı 450, Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına keçid balı 421 olub. Müsabiqə nəticəsində Polis Akademiyasına qəbul olunmuş tələbələrin siyahısı Daxili İşlər Nazirliyinə, Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına qəbul olunmuş tələbələrin siyahısı isə bu nazirliyə göndərilib. Adı çəkilən ali məktəblərə sənəd vermiş və müsabiqədən keçmiş tələbələr iyulun 8-15-də müvafiq olaraq Daxili İşlər Nazirliyinə və Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına müraciət edərək qeydiyyatdan keçməlidirlər. Müəyyən edilmiş müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR