Bank Of Baku

Nərgiz Paşayeva MDU-nun Bakı filialının rektoru təyin olunub

Nərgiz Paşayeva MDU-nun Bakı filialının rektoru təyin olunub
# 07 iyul 2008 20:41 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Azərbaycanda Moskva Dövlət Universitetinin Bakı filialı fəaliyyətə başlayıb. APA-nın məlumatına görə, filialın rektoru vəzifəsinə filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva təyin olunub.
Qeyd edək ki, bu ali məktəbin Azərbaycanda fəaliyyət göstərməsi üçün prezident İlham Əliyev bu ilin yanvar ayında sərəncam imzalayıb. Filial M.V.Lomonosov adına Moskva Dövlət Universiteti rəhbərliyinin təklifi əsasında təşkil olunub.
Onu da qeyd edək ki, bundan əvvəl N. Paşayeva Bakı Dövlət Universitetinin prorektoru vəzifəsində çalışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR