Bank Of Baku

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin əməkdaşları Gəncə şəhər Polis İdarəsində olublar

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin əməkdaşları Gəncə şəhər Polis İdarəsində olublar
# 08 iyul 2008 09:03 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin əməkdaşları Gəncə şəhər Polis İdarəsində olublar. Komitə sədri Elçin Behbudov APA-ya açıqlamasında Gəncə Polis İdarəsində işgəncələrə məruz qalması barədə məlumatlar yayan Zülfiyyə Həziyevanın müraciəti ilə bağlı monitorinq apardıqlarını söyləyib: “Komitə əməkdaşları Dilafət Xəlilov və Sevil Allahverdiyeva Gəncə şəhər Polis İdarəsinin rəisi Rasim Musayev və işgəncələrdə adı hallandırılan rəis müavini Sulduz Məmmədovla görüşüblər. Onlar adı çəkilən şəxsin işgəncəyə məruz qalmadığını bəyan ediblər. Zülfiyyə Həziyevanın Cinayət Məcəlləsinin 320.1 (saxta sənəd düzəltmə) və 178-ci (dələduzluq) maddələri üzrə təqsirləndirildiyi, zaminə buraxıldığı bildirilib. Sulduz Məmmədov deyib ki, Zülfiyyə Həziyeva tibbi ekspertizaya müraciət etsə, onun işgəncələrə məruz qalmadığı aydınlaşacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR