Bank Of Baku

İmtahan və müsabiqələrdən keçmiş 102 hakimliyə namizədin siyahısı Məhkəmə-Hüquq Şurasına təqdim olunub

İmtahan və müsabiqələrdən keçmiş 102 hakimliyə namizədin siyahısı Məhkəmə-Hüquq Şurasına təqdim olunub
# 08 iyul 2008 10:46 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan uğurla keçərək yarım il davam edən tədris kursunu, o cümlədən məhkəmələrdə təcrübə keçməni uğurla başa vurmuş 102 nəfər hakimliyə namizədlə yekun müsahibələr başa çatıb. Hakimlərin Seçki Komitəsindən APA-ya verilən məlumata görə, namizədlərin hakim işləmək üçün zəruri olan keyfiyyətlərə yiyələnməsini müəyyən etmək məqsədi ilə keçirilən müsahiblərin nəticələri komitə tərəfindən qiymətləndirilib. Bütün hakimliyə namizədlər növbəti mərhələyə buraxılmaqla Məhkəmə-Hüquq Şurasına təqdim olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR