Bank Of Baku

Rövşən Novruzoğlu bu həftə cəzaçəkmə müəssisəsinə köçürüləcək

Rövşən Novruzoğlu bu həftə cəzaçəkmə müəssisəsinə köçürüləcək
# 08 iyul 2008 11:11 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bu gün Bayıldakı 1 saylı İstintaq Təcridxanasında olub. Komitə sədri APA-ya bildirib ki, orada saxlanılan Beynəlxalq Terrorçuluğa və Korrupsiyaya Qarşı Mübarizə Mərkəzinin direktoru Rövşən Novruzoğlu ilə görüşüb. Onun sözlərinə görə, R. Novruzoğlu özünü təqsirkar saymadığını bildirib. E. Behbudov məhbusun iyulun 10-da cəzaçəkmə müəssisəsinə köçürüləcəyini deyib. Komitə sədri onu da qeyd edib ki, təcridxanada saxlanılan “GEN” MMC tikinti şirkətinin prezidenti Elbrus Əliyevlə görüşmək istəsə də, ona bildiriblər ki, təqsirləndirilən şəxs prokurorluğun göstərişi ilə yenidən Xətai rayon Polis İdarəsinə aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR