Bank Of Baku

Müəllif Hüquqları Agentliyi cənub bölgəsində monitorinqlər keçirib

Müəllif Hüquqları Agentliyi cənub bölgəsində monitorinqlər keçirib
# 08 iyul 2008 13:02 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Azərbaycan Müəllif Hüquqları Agentliyi (AMHA) və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin birgə ekspert qrupu Azərbaycanın cənub bölgəsində monitorinqlər keçirib. AMHA-nın monitorinq şöbəsindən APA-ya verilən məlumata görə, monitorinqlər dini ədəbiyyat və audiovizual əsərlərin saxta və pirat nüsxələrini aşkarlamaq məqsədilə təşkil olunub. Qadağan olunmuş dini ədəbiyyat nümunələrinə Astarada rast gəlinsə də, ekspertlərin Lənkəran, Masallı, Biləsuvar, Cəlilabad və Salyan rayonlarının kitab satışı məntəqələrinə baxış-nəzarəti zamanı saxta nüsxələr aşkarlanmayıb. Analoji monitorinqlərin bu dəfə Tovuz-Qazax bölgəsində keçirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR