Bank Of Baku

Bakıda Konstitusiya Məhkəməsinin 10 illik yubileyi ilə bağlı beynəlxalq konfrans keçiriləcək

Bakıda Konstitusiya Məhkəməsinin 10 illik yubileyi ilə bağlı beynəlxalq konfrans keçiriləcək
# 08 iyul 2008 13:03 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. İyulun 14-15-də Azərbaycan Konstitusiya məhkəməsinin yaranmasının 10 illiyi qeyd olunacaq. Konstitusiya Məhkəməsindən APA-ya verilən məlumata görə, yubileylə bağlı Bakıda beynəlxalq tədbir keçiriləcək. İyulun 14-də başlanacaq tədbirdə bir çox beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək. Qeyd edək ki, Azərbaycanda ilk konstitusiya məhkəmə nəzarəti orqanı olan Konstitusiya Məhkəməsi 14 iyul 1998-ci ildə yaradılıb. 1995-ci ilin 12 noyabrında Azərbaycanda yeni Konstitusiya qəbul ediləndən sonra ölkə prezidentinin təqdimatı əsasında Milli Məclis tərəfindən 14 iyul 1998-ci ildə seçilən 7 nəfər hakimdən ibarət tərkibdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi fəaliyyətə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR