Bank Of Baku

Vəkillər Kollegiyasına üzvlük üçün sənəd qəbulu elan edilib

Vəkillər Kollegiyasına üzvlük üçün sənəd qəbulu elan edilib
# 08 iyul 2008 14:39 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. Azərbaycanda vəkil olmaq istəyənlər üçün yenidən sənəd qəbulu elan edilib. Vəkillər Kollegiyasının sədr müavini Fərhad Nəcəfov APA-ya bildirib ki, qurumun Rəyasət Heyətinin qərarı ilə iyulun 15-dən noyabrın 15-dək sənəd qəbulu aparılacaq. Sənəd qəbulu başa çatdıqdan sonra vəkil olmaq istəyənlər test imtahanları verəcək və şifahi müsahibələrdən keçəcəklər.
Qeyd edək ki, Azərbaycanda vəkillərin sayı ilə bağlı məhdudiyyət nəzərdə tutulmayıb. Hazırda Vəkillər Kollegiyasının 760 üzvü var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR