Şəhid atasına OKA markalı avtomobil verilib
14 iyul 2008 07:21 (UTC +04:00)
Tərtər. Teymur Zahidoğlu APA. Tərtər rayonunun Seyidimli kənd sakini, şəhid atası Elton Əliyevə OKA markalı minik avtomobili verilib. APA-nın Qarabağ bürosunun məlumatına görə, E. Əliyev Qarabağ müharibəsində yeganə oğlunu itirib, özü isə Böyük Vətən Müharibəsinin iştirakçısı olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Azad Tağızadə bildirib ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə verilmək üçün indiyədək ölkəyə 1914 ədəd OKA markalı avtomobil gətirilib. Onlardan təkcə 404-ü bu il alınıb. Bu ilin axırınadək daha 200 ədəd bu növ avtomobilin alınması planlaşdırılır. Dövlət başçısının tapşırığı ilə maşın növbəsinə dayanmış Böyük Vətən Müharibəsi iştirakçılarının da avtomobillə təmin olunması üçün tədbirlər görülür. Onların sayı 2000 nəfərdən çoxdur. Qarabağ müharibəsi əlillərindən isə hələlik 900 nəfər maşınsızdır. A. Tağızadə bu problemin də qısa vaxt ərzində həllini tapacağını söyləyib.
Sosial
Magistraturaya II cəhd qəbul imtahanı keçirilib - YENİLƏNİB
15:10
28 aprel 2024
Naxçıvanda magistraturaya II cəhd qəbul imtahanı keçirilib
14:47
28 aprel 2024
Bakıda vətəndaş evində təmir etdiyi su çənində qalıb - VİDEO
12:12
28 aprel 2024
Amsterdamda keçirilən aksiyada 100-dən çox fəal saxlanılıb
06:51
28 aprel 2024