Bank Of Baku

Bu gün II ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanları keçirilir

Bu gün II ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanları keçirilir
# 14 iyul 2008 08:42 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün II ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanları keçirilir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən məlumata görə, imtahanlarda tələbə adını qazanmaq istəyən 21841 abituriyent 7496 yer uğrunda mübarizə aparacaq. İmtahanda iştirak etmək üçün ərizə ilə müraciət edənlərin 18736 nəfəri Azərbaycan, 3105-i isə rus bölmələrinin şagirdləridir. Ümumilikdə bu ixtisas qrupu üzrə imtahana qatılan abituriyentlərdən 15016 nəfəri oğlan, 6825 nəfəri qadındır. Abituriyentlərdən ən kiçiyinin 16, ən yaşlısının 52 yaşı var. Abituriyentlərin 174-ü əcnəbidir. İmtahanlar Bakıda 32, Naxçıvanda isə 2 binada keçirilir. İmtahanlara 1569 müəllim və 144 imtahan rəhbəri nəzarət edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR