Bank Of Baku

Məhkəmə Hüquq Şurasında 102 hakimliyə namizədlə söhbət mərhələsinə başlanıb

Məhkəmə Hüquq Şurasında 102 hakimliyə namizədlə söhbət mərhələsinə başlanıb
# 14 iyul 2008 12:40 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. Şuradan APA-ya verilən məlumata görə, iclasda hakim vəzifəsinə namizədlərin beynəlxalq standartlar səviyyəsində, şəffaf şəraitdə seçilməsi prosesi ilə bağlı Hakimlərin Seçki Komitəsinin məlumatı dinlənilib. Bildirilib ki, hakimliyə namizədlərin seçilməsi zamanı 102 şəxs bütün imtahanları və yarım illik tədris kursunu müvəffəqiyyətlə başa vurub və hakim işləmək üçün zəruri hazırlığa yiyələniblər. Məhkəmə-Hüquq Şurası tərəfindən hakimliyə namizədlərin seçilməsi qaydalarına müvafiq olaraq namizədlərlə söhbət mərhələsinə başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR