Bank Of Baku

Qanun pozuntusuna və korrupsiyaya yol verən 3 hakim cəzalandırılıb

Qanun pozuntusuna və korrupsiyaya yol verən 3 hakim cəzalandırılıb
# 14 iyul 2008 12:40 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Məhkəmə-Hüquq Şurasının bu gün keçirilən iclasında
hakimlər barədə intizam icraatlarına baxılıb. Şuradan APA-ya verilən məlumata görə, kobud qanun pozuntularına və korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin hakimi Sevil Məmmədovaya töhmət verilib, Şəmkir rayon məhkəməsinin hakimi Əmrah Nəcəfovun isə başqa işə keçirilməsi barədə qərar qəbul olunub. Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda həmçinin qanunvericiliyin tələblərini pozduğuna görə bir hakim barədə intizam icraatı başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR