Bank Of Baku

Qızlıq kanalının lillənməsi nəticəsində Zərdab və Ucarın bir sıra kəndlərində su qıtlığı yaranıb

Qızlıq kanalının lillənməsi nəticəsində Zərdab və Ucarın bir sıra kəndlərində su qıtlığı yaranıb
# 14 iyul 2008 14:37 (UTC +04:00)
Zərdab. Ucar. Zahid Abışov-APA. Zərdab və Ucarda ciddi su qıtlığı yaranıb. APA-nın Mərkəzi Aran bürosunun məlumatına görə, adı çəkilən rayonların bir neçə yaşayış məntəqəsində artezian quyuları olmadığına görə, əhali suya olan tələbatının uzunluğu 43 kilometr olan Qızlıq kanalındakı su hesabına ödəyir. Kanalın suyundan həm məişətdə, həm də əkin sahələrinin suvarılmasında istifadə olunur. Lakin son zamanlar yağan aramsız yağışlar nəticəsində kanalı lil və qum basıb. Nəticədə kanal su ötürücülük qabiliyyətini tamamilə itirib. Zərdab su meliorasiya idarəsindən APA-nın Mərkəzi Aran bürosuna bildiriblər ki, hazırda rayonun ümumilikdə 7 min nəfər əhalisi ciddi su problemi ilə üzləşib. Faktla bağlı müvafiq orqanlara müraciət olunub, hətta kəndlərin əhalisi problemin aradan qaldırılması xahişi ilə kollektiv şəkildə müxtəlif qurumlara ərizə ilə müraciət ediblər. Zərdab rayon icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Tofiq Abdullayev faktı təsdiqləsə də, içməli və təsərrüfat məqsədli su problemi ilə üzləşənlərin sayının bir neçə yüz nəfər olduğunu deyib: “Aamsız yağışlardan sonra suyun lillənməsi nəticəsində kanalın ötürücülük imkanları aşağı enib. Qızlıq kanalını lil və qumdan təmizləmək üçün əraziyə texnika cəlb olunub. Hətta Ucar rayonundan da kanalın təmizlənməsinə əlavə texnika və yardımçı qüvvə çağırılıb ki, problem qısa müddətdə aradan qaldırılsın. Yaxın vaxtlarda kanalın təmizlənəcək və əhalinin su problemi aradan qaldırılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR