Bank Of Baku

Ağdaş və Göyçayda ictimai dinləmələr keçirilib

Ağdaş və Göyçayda ictimai dinləmələr keçirilib
# 14 iyul 2008 15:45 (UTC +04:00)
Ağdaş. Göyçay. Şahnəzər Bəşirov-APA. Ağdaş rayon icra hakimiyyətində “İnsan Hüquqları üzrə Milli Fəaliyyət Planının tətbiqi vəziyyəti, ölkədə insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar və perspektivlər” mövzusunda ictimai dinləmələr keçirilib. APA-nın Şirvan bürosunun məlumatına görə, ictimai dinləmələrə rayonun hüquq mühafizə orqanlarının, idarə və müəssisələrinin, bələdiyyələrin və qeyri-hökumət təşkilatlarının rəhbərləri qatılıblar. Toplantıda çıxış edən ombudsman Elmira Süleymanova İnsan Hüquqları üzrə Milli Fəaliyyət Planı qəbul olunduqdan bu günə kimi görülən işlər barədə iştirakçıları məlumatlandırıb. O, Milli Fəaliyyət Planına uyğun olaraq seçki hüququnun həyata keçirilməsi barədə danışıb və bu kontekstdə dairə və məntəqə seçki komissiyalarının sədrləri üçün ixtisaslaşdırılmış seminar-treninqlərin keçirildiyini xatırladıb. Toplantıda Ağdaş rayon icra hakimiyyətinin başçısı Rafiq Niftəliyev, rayon prokuroru Munis ABuzərli mövzu ətrafında çıxış ediblər. Qeyd edək ki, bu analoji dinləmələr Göyçay rayonunda da keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR