Bank Of Baku

Yanvar-iyul aylarında paytaxtda yol nəqliyyat qaydaları pozan 11 min avtobus sürücüsü saxlanılıb

Yanvar-iyul aylarında paytaxtda yol nəqliyyat qaydaları pozan 11 min avtobus sürücüsü saxlanılıb
# 14 iyul 2008 16:15 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bu ilin yanvar-iyun ayları ərzində Dövlət Yol Polisinin əməkdaşları paytaxtda keçirilən reydlər zamanı sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrinin yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı ciddi mübarizə aparıb. Bu barədə APA-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, bu müddətdə müxtəlif yol nəqliyyat qaydaları pozduqlarına görə 11 min sürücü saxlanılıb. Həmin sürücülər inzibatı qaydada məsuliyyətə cəlb olunaraq tənbeh ediliblər. V. Əsədov bildirib ki, Dövlət Yol Polisinin əməkdaşları həmçinin sərxoş halda avtobus idarə edən 37 sürücünü saxlayıblar. Bu müddətdə sürücülük vəsiqəsi olmadan avtobus idarə etməyə dair 730, müvafiq kateqoriyası olmadan avtobusu idarə etməyə dair 110, sərnişindaşıma qaydalarının pozulmasına dair 3218, dayanma-durma qaydalarının pozulmasına dair 1974, işıqforun qırmızı işığında hərəkət etməyə dair 2414 fakt müəyyən edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR