Bank Of Baku

“Riad” təhlükəsizlik xidmətinin əməkdaşlarının məhkəməsi başlayıb

“Riad” təhlükəsizlik xidmətinin əməkdaşlarının məhkəməsi başlayıb
# 14 iyul 2008 16:16 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Hərbi Məhkəmədə hakim İslam Neymanovun sədrliyi ilə “Riad” təhlükəsizlik xidmətinin əməkdaşları Azər Rəhimov, Əmirağa Hacıyev, Elşən Kərimov, Cavid Hüseynov, Müdafiə Nazirliyinin ehtiyatda olan zabiti Fərhad Lətifov, İran İslam Respublikasının vətəndaşları Ramin Atulla və Hüseyn Yusifzadənin cinayət işi üzrə hazırlıq iclası keçirilib. Bu barədə APA-ya məhkəmədən məlumat verilib. Məlumata görə, məhkəmə baxışı iyulun 24-nə təyin olunub. Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 181-ci (quldurluq), 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham olunurlar. İttihama görə, onlar vətəndaşlardan hədə-qorxu yol ilə pul tələb ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR