Bank Of Baku

Prokurorluq orqanlarına işə qəbul üçün yazılı imtahan keçiriləcək

Prokurorluq orqanlarına işə qəbul üçün yazılı imtahan keçiriləcək
# 15 iyul 2008 08:04 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Prokurorluq orqanlarına işə qəbul olmaq istəyənlər üçün yazılı imtahan iyulun 26-da keçiriləcək. Bu barədə APA-ya Respublika Prokurorluğunun mətbuat xidmətindən bildirilib. İmtahan Azərbaycan Texniki Universitetinin İdman Sarayında baş tutacaq. Qeyd edək ki, Baş Prokurorluq prokurorluq orqanlarına işə qəbul olunmaq istəyən şəxslər üçün 150 ştat vahidi üzrə müsabiqə elan edib. İşə qəbulla bağlı sənədlərini təqdim edən 368 namizəd üçün mayın 31-də test imtahanları keçirilib. 192 namizəd müsabiqənin ikinci mərhələsi olan yazılı imtahanda iştirak etmək hüququ qazanıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR