Nikol lə Os de Lalüvye: “Azərbaycanın mədəni irsinin qorunmasına tövhə verəcəyimə ümid edirəm”
- “British Council”ın Bakı nümayəndəliyinin direktoru Azərbaycan ictimaiyyətinə o qədər də tanış sima deyil...
- “British Council”da 2001-ci ildən çalışıram. Burada əvvəlcə peşə təhsili sahəsində fəaliyyət göstərmişəm, sonra isə 5 il Çində işləmişəm. Orada peşə təhsili, ingilis dili və məktəblərlə bağlı layihələrə məsul şəxs olmuşam. “British Council”dan əvvəl isə bir çox ölkədə ingilis dilinin tədrisi, məktəblər, ümumiyyətlə tədris sahəsində ixtisaslaşmışam, universitet, kollec, texniki təhsil müəssisələrində işləmişəm. Mənşəcə Cənubi Afrikalıyam. Cənubi Afrika, Fransa, Türkiyə, Liviyada işləmişəm. Mən qəlbən təhsil sahəsinə bağlıyam və “British Council” mənə imkan verir ki, bu məqsədlərə nail olmağa yaxınlaşım. Azərbaycandakı nümayəndəliyimiz bizim Cənub Şərqi Avropa regionunun bir hissəsidir. Bu region “British Council”un dünya üzrə 13 regionundan biridir. Biz müəyyən olunmuş sahələr üzrə region daxilində həmkarlarımızla əməkdaşlıq edirik. Bizim diqqətimizi cəmləşdirdiyimiz xüsusi əsas layihələrimiz var. Söhbət iqlim dəyişikliyi çətiri altında ingilis dili, mədəniyyət və vətəndaş cəmiyyəti sahələri üzrə layihələrdən gedir. Misal üçün, beynəlxalq idman həyəcanı layihəmiz var, bu layihə onlarla ölkədə həyata keçirilir. Bu layihə imkandan kənarda qalmış çoxlu uşağı idman vasitəsilə ümumdünya cərəyanına qoşulmağa cəlb edir. Digər qlobal məhsul - beynəlxalq incəsənət üzrə sahibkar mükafatıdır. Bu layihə 9 ölkədə həyata keçirilir, qaliblər seçilərək Edinburq teatr festivalına göndərilir. Azərbaycana bu mükafatı “Buta” Mədəniyyət Mərkəzinin direktoru qazanıb.
- “British Council”ın Azərbaycan nümayəndəliyi ölkədə hansı yeni layihələr həyata keçirməyi planlaşdırır?
- Gələn həftə Təhsil Nazirliyi ilə birlikdə ingilis dilinin tədrisi kursu ilə bağlı iki həftəlik layihə həyata keçirəcəyik. Kursları yeddi məktəbdən seçilmiş və “British Council” tərəfindən xüsusi təlim keçmiş 60 müəllim aparacaq. Onlar ingilis dilinin tədrisini necə aparmağı öyrədəcəklər. Bu təlimi keçirməyi Təhsil Nazirliyi özü bizdən xahiş edib. İstəyirik ki, ingilis dilinin tədrisi ilə bağlı problemləri aşkar edək, dünyanın digər ölkələrinin təcrübəsindən istifadə edək. İlk dəfədir ki, Azərbaycanda Təhsil Nazirliyi belə bir kursu maliyyələşdirir. “Bp” şirkəti ilə birlikdə iqtisadiyyatdan yazan jurnalistlər üçün xüsusi ingilis dili kurslarının keçirilməsinə başlanıb. Bizim layihələr məktəb şagirdlərindən tutmuş jurnalistlərə qədər böyük insan qrupları əhatə edir. Ən əsası isə mədəni əlaqələrdir. İstər ikitərəfli, istər çoxtərəfli qaydada fəaliyyətimizi elə qururuq ki, hər şey bilavasitə mədəni əlaqələrə gəlib çıxır. Hal-hazırda mədəni əlaqələr xüsusən də gənc insanlar üçün həddindən çox əhəmiyyətlidir.
- Fəaliyyətinizdə prioritet sahələr hansılardır?
- Müxtəlif prioritetlərim var. Əsas prioritet ingilis dilinin tədrisi ilə bağlıdır. Bu sahədə bütün dünya üzrə gördüyümüz işləri nəzərdən keçirir və onları lokallaşdıraraq Azərbaycanda necə tətbiq olunmasını düşünürəm. İstanbulda keçən həftə bir görüş keçirdik, bu məhsulları Azərbaycanda necə istifadə etmək barədə danışdıq. Onlardan biri ondan ibarətdir ki, qlobal məhsullardan biri ingilis dili öyrənən uşaqların valideynləri üçün nəzərdə tutulmuş bir bukletdir. Bu buklet valideynlərə uşaq dil öyrənərkən onun düşüncə tərzini, necə düşündüyünü, ona necə kömək etmək mümkün olduğunu, uşağı necə həvəsləndirməyin yollarını başa salır. İngilis dili biliyi elə bir bacarıqdır ki, dünya arenasına çıxmaq istəyən, uşaqlar bu bacarığa yiyələnməlidir. Azərbaycanda çox ailələr var ki, hər iki valideyn işləyir və uşaqlar nənə və babaların nəzarəti altında tərbiyə olunur. Bu nənələr və babalar adətən yaxşı təhsil görmüş adamlardır və bir dildən artıq dil bilirlər. Hesab edirəm ki, tək valideynlər üçün yox, nənə və babalar üçün də ingilis dilinin xüsusi tədris kurslarını keçməyə ehtiyac var. Bəlkə bununla bağlı televiziya proqramı da təşkil etmək olar.
- Azərbaycanın mədəni irsinin qorunması ilə “British Council” hansısa işlər görürmü?
- Mən özüm İçərişəhərdə yaşayıram. Bakıda yaşamaq üçün təqdim olunan bütün variantlarla tanış olandan sonra başa düşdüm ki, tarixi məkanda yaşamaq fürsəti çətin ki, bir də ələ düşsün. Yaşadığım evin eyvanından dəniz, Qız qalası görünür, azan səsi eşidilir, bu mənə çox xoşdur. Mənim qardaşım Mavrikidə YUNESKO-nun nümayəndəsidir. O, YUNESKO-dakı dostları vasitəsilə mənə Azərbaycan haqqında məqalələr tapır və mənə göndərir. “British Council” irs məsələləri ilə məşğul olur, amma Azərbaycan irsi ilə hələ məşğul olmayıb. Çox ümid edirəm ki, bu sahəyə öz tövhəmi verəcəyəm.
- Azərbaycan musiqisi ilə tanışsız?
- Azərbaycan musiqisi ilə hal-hazırda Böyük Britaniyada oxuyan gənc azərbaycanlı Sabina Rakçeevanın ifasında tanış olmuşam. O gənc olsa da, Avropa Birliyinin mədəniyyət parlamentinin üzvüdür. Dünyada o, çox böyük uğur qazanıb, İraq, Azərbaycan, Afrika, Çin musiqisinin sintezini yaradıb, insanlara göstərir ki, musiqi vasitəsilə onlar bir-birini yaxşı başa düşürlər. Azərbaycan musiqisi gözəldir, Azərbaycan və İraq muğamı ilə tanışam.
- “British Council”ın Rusiya hökuməti ilə müəyyən problemlər var, bəs Azərbaycan hökuməti ilə əməkdaşlıqda hansısa problemlər varmı?
- Azərbaycan hökuməti ilə çox yaxşı münasibətimiz var. Bir sıra müxtəlif nazirliklərlə əməkdaşlıq edirik. Azərbaycanla Böyük Britaniya arasında çox yaxşı münasibətlər var, eşitdiyimə görə elitar adamların əksəriyyəti ya özləri, ya da uşaqları Böyük Britaniyada təhsil alıblar.
- “British Council” Bakıda nə vaxta kimi fəaliyyət göstərməyi planlaşdırır?
- “British Council” 70 ildir fəaliyyət göstərir, bu müddətdə müxtəlif ofisləri açmışıq, müxtəlif ofisləri bağlamışıq. Fəaliyyətə bir ofisdən başlamışdıq, indi dünyanın 110 ölkəsində 229 ofisimiz var. İki son ofisimiz Əfqanıstan və İraqda açılıb. Azərbaycanda biz yeni fəaliyyət mərkəzinə qədəm qoyuruq və təzə ofisə köçürük. Bu, bir daha onu göstərir ki, bizim Azərbaycanda qalmaq fikrimiz var.
Sosial
XİN-ə diplomatik xidmətə qəbul üzrə müsabiqənin birinci mərhələsi keçirilib
Masazırda motosiklet sürücülərinə qarşı reyd keçirilib, 45 nəfər saxlanılıb
FHN küləkli hava şəraiti ilə əlaqədar çimərliklərlə bağlı xəbərdarlıq edib
Vens: İranla danışıqlar nüvə proqramını da əhatə edəcək
Xəbər Lenti
Almaniya Əfqanıstana deportasiyaları sürətləndirir
DÇ-2026: Belçika millisi İranla heç-heçə edib
Tusk: Polşa ilə Ukrayna arasında qarşıdurma strateji səhvdir
Qətərdə mayeləşdirilmiş təbii qaz zavodunda partlayış baş verib
Zelenski: Ukrayna Rusiyaya 3000 kilometrdən uzaq məsafədə zərbələr endirəcək
Britaniya XİN başçısı Kir Starmeri istefa verməyə çağırıb
İsrail “İslami Cihad” və HAMAS-ın xüsusi təyinatlı üzvlərinin məhv edildiyini açıqlayıb
Netanyahu: İsrail Livanın cənubundakı təhlükəsizlik zonasını tərk etməyəcək
ABŞ İranın “Hizbullah”ı İsrailə hücumları dayandırmağa razı salmasını istəyir
Ermənistan Konstitusiya Məhkəməsi seçkilərin nəticələrinin ləğvi ilə bağlı müraciətləri icraata qəbul edib
KİV: İran nümayəndə heyəti İsveçrədə ABŞ-la danışıqları davam etdirir - YENİLƏNİB
“Qarabağ” DÇ-2026-nın iştirakçısı olan qapıçını transfer edib
DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanını darmadağın edib
İsrail ordusu Livanda döyüşlərin yenidən başlaya biləcəyini açıqlayıb
Moskvada inzibati binada güclü yanğın baş verib, 60 nəfər təxliyə edilib
Uolts: ABŞ İranın neft gəlirlərinin necə xərclənəcəyinə nəzarət etmək istəyir
IRIB: İran və Qətər nümayəndə heyətləri İsveçrədə ikitərəfli məsləhətləşmələr aparır
İsveçrədə ABŞ və İran arasında danışıqlar dayandırılıb - YENİLƏNİB-1
ABŞ-da təyyarə qəzaya uğrayıb, 3 İsrail vətəndaşı ölüb
İran tərəfi ABŞ nümayəndə heyəti ilə salamlaşma mərasimi və birgə foto çəkdirməkdən imtina edib
ABŞ Prezidenti: Britaniyanın Baş naziri Kir Starmer istefa verəcək
Tramp İrana Hizbullahla bağlı xəbərdarlıq edib
ABŞ-ın Vitse-prezidenti: Regional sülh üçün çalışırıq, İranla ilk görüşdə ciddi irəliləyiş əldə olunub - YENİLƏNİB
XİN-ə diplomatik xidmətə qəbul üzrə müsabiqənin birinci mərhələsi keçirilib
Masazırda motosiklet sürücülərinə qarşı reyd keçirilib, 45 nəfər saxlanılıb
Rusiyada helikopterlə əlaqə kəsilib, axtarışa başlanılıb
SOCAR: Dübəndi çimərliyinin neftlə çirklənməsinə sualtı kəmərin zədələnməsi səbəb olub
İran XİN: ABŞ-la yekun saziş üzrə danışıqlar beş bənd icra olunmadan başlamayacaq
Pezeşkian: İran uranın zənginləşdirilməsindən imtina etməyəcək
Pakistan Baş naziri və ordu komandanı İsveçrədə Venslə görüşüb
Bərpa işləriylə əlaqədar Bakıda suyun verilməsində 2-3 saatlıq azalmalar tətbiq olunur
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
FHN küləkli hava şəraiti ilə əlaqədar çimərliklərlə bağlı xəbərdarlıq edib
Pezeşkian İranın Qətər banklarındakı 6 milyard dollarının sərbəst buraxılacağını bəyan edib
İranın Birinci vitse-prezidenti: Hörmüz boğazı bizə məxsusdur - VİDEO
Sabah yağış yağacaq
Niger Məsləhət Şurasının sədri Azərbaycana səfərə gəlib
Azərbaycana yay fəsli daxil olub
İsveçrədə İran və ABŞ arasında danışıqların proqramı məlum olub
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
İordaniya Kralı Azərbaycana səfərə dəvət edilib
Prezident İordaniya Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul edib
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərilib - FOTO
Bakıda kilsədə Argentinanın Milli Gününə həsr olunmuş “Te Deum” mərasimi keçirilib - VİDEO
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb - YENİLƏNİB
Kerç bərə keçidində daşımalar dayandırılıb
İsrail Ordusu Suriyanın cənubunda irəliləyir
Pakistan Baş naziri və ordu komandanı ABŞ-İran danışıqları üçün İsveçrəyə səfər edib - YENİLƏNİB
DÇ-2026: Yaponiya Tunisi darmadağın edib
Ukrayna Ordusu Kerç yarımadasına zərbə endirib, 4 nəfər ölüb, 28 nəfər yaralanıb - YENİLƏNİB