Bank Of Baku

Yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı mübarizə gücləndirilib

Yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı mübarizə gücləndirilib
# 15 iyul 2008 09:58 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı mübarizə tədbirlərini gücləndirib.
Bunu APA-ya açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr və yol hərəkətinin təhlükəsizliyinin təbliği şöbəsinin rəisi Vaqif Əsədov deyib. O bildirib ki, cari ilin altı ayı ərzində statistik göstəricilərin təhlilindən sonra mübarizənin gücləndirilməsinə qərar verilib: “Sərxoşluq, avtoxuliqanlıq, sürət həddini aşma hallarının qarşısını almaq, yollarda nizam-intizam yaratmaq, yol mədəniyyətinin gücləndirilməsi istiqamətində bütün qüvvələr səfərbər olunub, nəzarət gücləndirilib. Yol polisi əməkdaşları bununla bağlı öz işlərində də dönüş yaratmalıdırlar. Yol hərəkəti qaydalarını pozanlara qarşı humanistlik göstərmək hallarına son qoymaq vaxtıdır. Biz qaydaları pozanlara qarşı hər hansı humanistliyə yol vermədən fəaliyyətimizi davam etdirəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR