Bank Of Baku

Azərbaycanda idman telekanalının açılması ilə bağlı müsabiqənin nəticələri iyulun 18-də elan ediləcək

Azərbaycanda idman telekanalının açılması ilə bağlı müsabiqənin nəticələri iyulun 18-də elan ediləcək
# 15 iyul 2008 10:21 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyib. O bildirib ki, qurumun iclasında şuraya müraciət edən üç iddiaçıdan birinə idman kanalının açılması üçün lisenziya veriləcək. N. Məhərrəmlinin sözlərinə görə, qərar qəbul edilərkən iddiaçıların maddi-texniki bazası, kadr potensialı, televiziya yayımçılığı təcrübəsi, eyni zamanda şuraya təqdim olunan konsepsiya nəzərə alınacaq.
Qeyd edək ki, idman kanalının yaradılması üzrə müsabiqəyə üç iddiaçı - “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti “Az.TV Sport”, “Lider” televiziyası - “Olimp TV” və “Rebrandinq” MMC - Sport Kanal Klub (SKC) sənəd təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR