Bank Of Baku

“Parfums De France” Azərbaycanda fəaliyyətini genişləndirir

“Parfums De France” Azərbaycanda fəaliyyətini genişləndirir
# 15 iyul 2008 11:38 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bir müddət əvvəl “Parfums De France” mağazalar şəbəkəsinin keçmiş şəriki Nərimə Abdinbəyova mətbuat konfransı keçirərək mağazaların fəaliyyətini dayandırdığını və onun əvəzinə “Parfumeir” mağazalarının fəaliyyətə başlayacağını bildirmişdi. Bu gün isə “Parfums De France” mağazalar şəbəkəsinin ikinci şəriki olan fransalı iş adamının rəhbərlik etdiyi Azərbaycan nümayəndəliyinin baş direktoru Faiq Kərimov və sərmayəçisi Fərid Əliyev yeni “Parfums De France” mağazasının açılışını keçiriblər. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Faiq Kərimov əvvəllər “Taki distribution” şirkətinə şirkətinə məxsus olan “Parfums De France” ətriyyat mağazalar şəbəkəsinin indi “Louvre distribution” LLC-yə məxsus olduğunu deyib: “Hazırda “Parfums De France”a cənab Fərid Əliyev və şirkətin fransalı sahibkarları rəhbərlik edirlər. Əminliklə söyləmək olar ki, bu gün “Parfums De France” əvvəlkindən daha güclüdür. Hazırda bu şəbəkəyə məxsus 6 mağaza fəaliyyət göstərir. Bu yaxınlarda 2 yeni dükan açılıb, qarşıdakı bir neçə ay ərzində daha 3 dükanın açılması planlaşdırılır”. F. Kərimov ilin sonuna kimi Gəncə, Sumqayıt, Zaqatala, Şirvan və Naxçıvan şəhərlərində də “Parfums De France” mağazalarının açılacağını bildirib: ““Parfums De France” öz işinə davam edəcək və Fransanın daha mükəmməl firmaları ilə işbirliyi həyata keçirəcək. Biz məhkəmədə “Parfumse De France” emblemini udmuşuq və bu işi dayandırmaq fikrində deyilik. “Parfums De France” mağazalarının bir neçəsinin yerində “Parfumeir” mağazasının açılmasının isə bizə heç bir aidiyyəti yoxdur. Həmin yerlərin yaxınlığında biz də öz mağazalarımızı açacağıq”. Baş direktor onu da əlavə edib ki, Azadlıq prospektində fəaliyyətə başlayan “Parfums De France” mağazasının birinci mərtəbəsində Fransadan dəvət olunmuş saç ustaları, vizajistlər və kosmetoloqların çalışacağı xüsusi salon açılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR